Logo

SABAH tələbələri magistratura imtahanında yüksək nəticə göstərib

11.03.2021 10:06 678 baxış
IMG

2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak etmiş SABAH qrupları tələbələrinin 96,53 faizi keçid balını toplayıb. Tələbələrdən 1 nəfəri məntiq komponenti (50/50), 3 nəfəri isə ingilis dili komponenti üzrə maksimal bal (25/25) toplayıb.

 

Ümumilikdə Azərbaycanda magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində cari ildə məzun olacaq 766 nəfər SABAH tələbəsindən 432 nəfəri iştirak edib, onlardan 417 nəfəri keçid balını toplayıb.

Xəbər lenti