Logo

Azərbaycanlı gəncə dünyanın məşhur şirkətində vəzifə verildi

31.05.2023 19:21 200 baxış
IMG

Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb.

Tehsil.biz xəbər verir ki, o, BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində EMEA - Regional Treasury Analyst vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən International University-də International Finance and Accounting ixtisasından magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.

İngilis və alman dillərini bilir.

Xəbər lenti