Logo

ADNSU tələbələri Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsi keçiblər - FOTO

31.05.2023 19:38 237 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji kəşfiyyat fakültəsinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə II və III kurslarında təhsil alan 30 tələbə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda 4 həftəlik istehsalat təcrübəsi keçiblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tələbələr institutun elmi tədqiqat şöbələrində istehsalat təcrübəsilə yanaşı, müasir cihaz və avadanlıqların iş pinsipi ilə də tanış olublar.

Həmçinin sözügedən müəssisədə lektoriyalarda, gənc tədqiqatçıların elmi seminarlarında və digər elmi tədbirlərdə iştirak ediblər.

Xəbər lenti