Logo

“Boston Consulting Group”un idarəedici direktoru BANM-da master-klas keçib - FOTO

31.05.2023 20:23 209 baxış
IMG

Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “BCG-nin enerji keçidi" mövzusunda master-klas keçib.

Tehsil.biz xəbər verir ki, Ali Məktəbin professor-müəllim, administrativ heyəti və tələbələrin qatıldığı görüşdə rektor Elmar Qasımov qlobal konsaltinq şirkətinin nümayəndələrini Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor enerji keçidi mövzusunun əhəmiyyətindən bəhs edərək bu master-klasdan faydalı məlumatlar əldə ediləcəyinə əminliyini bildirib.

Pattabi Seşadri çıxışında təmsil etdiyi şirkətin qlobal və yerli səviyyədə enerji keçidinə yanaşması, BCG-nin məqsədi və müsbət iqtisadi, ətraf mühit və sosial təsirindən danışıb. O, enerji keçidi siyasəti, “yaşıl enerji”dən istifadə, dekarbonizasiya üçün vacib addımlar, bu sahənin inkişafı üçün nəzərdə tutulan işlər, Azərbaycanın mövcud infrastrukturu, potensialı barədə məlumat verib, proqnozlardan bəhs edib, tövsiyələrini verib, sualları cavablandırıb.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Pattabi Seşadriyə “Fəxri qonaq” plaketi təqdim olunub.

​​​​​​

Xəbər lenti