Logo

Peyvənd olunanların sayı açıqlanıb

31.05.2023 21:18 203 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 767 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 73, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 125, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 556, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 965 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 472, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı .4 883 863, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 077, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 nəfər təşkil edir.

Xəbər lenti