Logo

Bəzi dövlət orqanlarının əməkdaşları üçün təlim keçirilib

31.05.2023 21:41 275 baxış
IMG

Bu gün bəzi dövlət orqanlarının əməkdaşları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Röyal Şərifov iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu - Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti