Logo

Şərqşünas alim Beynəlxalq Elmi Tədqiqatlar və Mövcud İnkişaflar Konfransında iştirak edib

01.06.2023 09:53 152 baxış
IMG

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin paytaxtı Ankarada keçirilən VII Biltek Beynəlxalq Elmi Tədqiqatlar və Mövcud İnkişaflar Konfransında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, konfransa onlayn qatılan şərqşünas alim “Real tarixi hadisələrə əsaslanan qətliamların bədii ədəbiyyat vasitəsilə dünya ictimaiyyətinə çatdırılması” mövzusunda məruzə ilə çıxış edib. Ermənistan tərəfindən yaxın keçmişimizdə törədilən, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında ən ağırı sayılan Xocalı soyqırımını da xatırladan məruzəçi vurğulayıb ki, bu kimi tarixi hadisələrin unudulmaması, məzlumların haqq səsinin geniş ictimaiyyətə, dünya birliyinə çatdırılmasında doğru vasitələrdən biri də ədəbiyyatdır.

Rusiya, Gürcüstan, Rumıniya, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, İndoneziya və digər ölkələrdən elm adamlarının iştirakı ilə keçirilən konfransda müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə həsr olunmuş məruzə maraqla qarşılanıb.

Xəbər lenti