Logo

Şərqşünas alim beynəlxalq konfransda uşaq ensiklopediyası haqqında məruzə edib

01.06.2023 10:59 166 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova Ankarada keçirilən VII BİLTEK Beynəlxalq elmi araşdırmalar və aktual problemlər konfransında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, konfransa onlayn qatılan Fidan Nəsirova “Uşaq və yeniyetmələr ensiklopediyası” mövzusunda məruzə edib. Məruzəçi yerli mütaliə resurslarının çatışmazlığını aradan qaldırmaq, dünya mədəniyyəti ilə bağlı tərcümə edilmiş mənbələrin əlçatanlığını təmin etmək məqsədilə 1980-ci ildə Cənubi Azərbaycan əsilli Turan xanım Mirhadinin təşəbbüsü və rəhbərliyi ilə uşaqlar üçün insan biliyinin bütün sahələrini əhatə edən, universal məlumat toplusu – “Uşaq və yeniyetmələr ensiklopediyası”nın zamanın tələblərindən yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, 26 cilddə hazırlanması nəzərdə tutulan nəfis tərtibatlı, uşaqların zövqünü oxşayan rəngarəng illüstrasiyalarla təqdim olunan toplu etibarlı və elmi istinadlarla zəngin mənbədir.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, konfransda maraqlı, elmi müzakirələr aparılıb.

Xəbər lenti