Logo

ADU-da “Çin atəşfəşanlıq sənəti” adlı seminar keçirilib

01.06.2023 13:34 176 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin atəşfəşanlıq sənəti” adlı seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin atəşfəşanlığın vətəni olduğunu qeyd edərək, Çində barıtın ixtira tarixindən danışmış, bu ixtira nəticəsində Çin mədəniyyətinin özünəməxsus elementi olan atəşfəşanlıq sənətində yanmanın sürətini və gücünü tənzimləyin mümkün olduğunu qeyd edib.

O, həmçinin, barıtla doldurulmuş, unikal kağız boruların icad edildiyi orta əsrlər Çinində pirotexnika və atəşfəşanlıq mədəniyyətinin yüksəlişindən danışıb.

Seminarda ADU-nun Çinşünasliq ixtisası üzrə təhsil alan tələbələr atəşfəşanlığın yaranması və barıtın daoist rahiblər tərəfindən ixtira edilməsi ilə bağlı ənənələr və əfsanələr, odun içinə yaşıl bambuk çubuqları ataraq şər ruhları qovmaq kimi qədim adətdən danışıblar.

Həmçinin, imperator Çju Yusonun dövründə güc, işdə uğurlar, xoşbəxtlik və firavanlıq bəxş edən dini mərasimin mühüm tərkib hissəsi elan edilmiş atəşfəşanlığın tətbiq olunduğu ilk kütləvi festivalın keçirildiyi qeyd olunub.

Alovlu yağış, səmada çoxrəngli naxışlar, fiqurlar və yazılar formalaşdıran atəşfəşanlıq üsullarını icad edən çinlilər eyni zamanda, atəşfəşanlıqda qırmızı rəngin - imperiyanın toxunulmazlığını, yaşılın - yer afətini, sarı rəngin – mərkəzi, mavi rəngin - həyat yolunu simvolizə etdiyi bütöv bir simvollar sistemi inkişaf etdiriblər.

Sonda Çində bayram atəşfəşanlığı ilə bağlı video çarxlar nümayiş etdirilib.

Xəbər lenti