Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycanda ailə siyasəti” mövzusunda dəyirmi masa keçirilib

01.06.2023 15:03 149 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda ailə siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbiri institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, tarixən ailə xalqımızın mənəvi dəyərlərinin qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynayıb. Ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əxlaqi norma və qaydaların təməl prinsipidir. “Milli-mənəvi dəyərlərin, adət ənənələrin qorunub saxlanılmasında, əxlaqi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində ailə vacib məsələlərdən biridir. Azərbaycanda ailə dəyərlərinin tərkibində həm milli adət-ənənələrimizdən, həm də müasir günümüzün tələblərindən qaynaqlanan yüksək keyfiyyətlər var”, - deyə İlham Məmmədzadə bildirib.

Sonra elmi işçi Xanımağa İsmayılova “Azərbaycan qadını dövlətin aparıcı qüvvəsi kimi” mövzusunda çıxış edərək bildirib ki, hər bir xalqın özünəməxsus ənənələri var. Azərbaycanda ailə siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə vurğulayıb. Ümumiyyətlə, ailə siyasəti istər cəmiyyətdə, istərsə də dövlətin inkişafında böyük rolunun olduğunu bildirib.

Dəyirmi masada f.ü.f.d., dosent Zeynəddin Şabanov “Qadın tarixi inkişafda”, f.ü.f.d., dosent İradə Zərqanayeva “Heydər Əliyev-fenomen şəxsiyyət”, Gülşən Allahverdiyeva “Müasir Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Xəbər lenti