Logo

COST Fəaliyyəti çərçivəsində ikinci videomaterial hazırlanıb

01.06.2023 15:18 140 baxış
IMG

Avropa Komissiyasının COST Fəaliyyəti üzrə layihələri çərçivəsində geniş tərkibli konsorsiumlar bir çox ölkələrin alim və mütəxəssislərinin birgə fəaliyyəti üçün imkanlar yaradır. Azərbaycanlı alim və mütəxəssislərinin COST Fəaliyyəti çərçivəsində fəallığında mütəmadi artım müşahidə edilir və hazırda onların iştirakı ilə 30-a yaxın layihə həyata keçirilir. AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva 2021-ci ildən COST Fəaliyyəti çərçivəsində “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihənin iştirakçısıdır.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, layihənin iş paketlərindən biri elmi məlumatların geniş auditoriyaya çatdırılması məqsədi daşıyır və bu istiqamətdə işçi qrupu tərəfindən ikinci videomaterial hazırlanıb. E.Əlirzayevanın həmmüəllif olduğu bu materialda bitkilərdə mikroelementlərin metabolizmi üzrə elmi tədqiqatların əhəmiyyəti, elementlərin təyini və analizi üçün istifadə edilən müasir metodlar və əldə edilən nəticələr haqqında məlumat verilir.

Qeyd edək ki, layihədə 40-dan çox ölkədən 100-dən çox elm və təhsil müəssisəsinin, həmçinin müvafiq şirkətlərin nümayəndəsi iştirak edir.

Xəbər lenti