Logo

Şuşada keçirilmiş beynəlxalq elmi konfransın materialları nəşr olunub

01.06.2023 17:15 190 baxış
IMG

Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə ötən il Şuşada keçirilmiş “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın materialları çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda açılış nitqi, konfrans iştirakçılarının məqalələri toplanıb. Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş bu kitabın əsas məqsədi – Qarabağın, xüsusilə də Şuşanın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.

Kitabın redaksiya heyətinə İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim İmanov, İnklüziv sosial inkişaf şöbəsinin müdiri Rəsmiyyə Abdullayeva, əməkdaşlardan Mahir Zeynalov, Mətanət Abdalova və Tanrıverdi Paşa, Mədəniyyət Nazirliyindən Cahangir Səlimxanov, AMEA Rəyasət Heyəti aparatının elmi katibi Sadıx Nəbiyev daxildirlər.

Xəbər lenti