Logo

Coğrafiyaçı alim Avropa İqlim Konfransında çıxış edib

01.06.2023 23:15 148 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov Varşava şəhərində Polşa Elmlər Akademiyasının və Almaniyanın Elmlər Akademiyası statusu daşıyan əsas qurumu “Leopoldina”nın birgə təşkil etdiyi Avropa İqlim Konfransında iştirak edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Avropanın və Mərkəzi Asiyanın 45 ölkəsindən 90-a yaxın alim və tədqiqatçının dəvət olunduğu elmi tədbirdə 7 sessiyadan ibarət dəyirmi masa təşkil olunub.

R.Kərimov “Cəmiyyətin iqlimə reaksiyası” mövzusunda keçirilən sessiyasında çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Qonaqlar Almaniyanın Polşadakı səfirliyində görüşlər keçirib, sosial proqramlarda iştirak ediblər.

Sonda iqlim dəyişmələrinə dair Varşava kommünikesi qəbul olunub.

Xəbər lenti