Logo

14 yaşlı məktəbli itkin düşüb - FOTO

02.06.2023 09:44 258 baxış
IMG

Cəlilabad rayonunda 14 yaşlı məktəbli itkin düşüb. 

Tehsil.biz xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Məlumata görə, evdən çıxarkən onun əynində ağ köynək, əlində çanta olub.

Onu görən şəxslərdən DİN-in "102" xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur. 

Xəbər lenti