Logo

BSU-da "Heydər Əliyev və beynəlxalq təhlükəsizlik" mövzusunda elmi seminar keçirilib - FOTO

02.06.2023 11:46 205 baxış
IMG

Mayın 31-də "Heydər Əliyev İli" çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər kafedrasında "Heydər Əliyev və beynəlxalq təhlükəsizlik" mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini qeyd edib. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın hər bir guşəsində, həmçinin BSU-da da silsilə tədbirlərin keçirildiyini, 4-5 may tarixlərində universitetdə beynəlxalq elmi konfransın baş tutduğunu diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Adil Rəcəbli "Heydər Əliyev və beynəlxalq təhlükəsizlik" mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Ulu öndər Heydər Əliyevin beynəlxalq təhlükəsizliklə bağlı konsepsiyasının mərhələləri və əsas xüsusiyyətlərindən bəhs olunub. Adil Rəcəbli XX əsrin 90-cı illərinin əvvəlində baş verən ictimai-siyasi proseslərə nəzər salaraq, Ulu öndərin hakimiyyətə gəlməsi ilə beynəlxalq təhlükəsizliklə bağlı düzgün konseptual yanaşmanın formalaşdığını qeyd edib. Milli, regional və Ümumqafqaz təhlükəsizliyinin Heydər Əliyevin beynəlxalq təhlükəsizlik konsepsiyasında birləşdirdiyini vurğulayıb. Məhz beynəlxalq təhlükəsizliyə verilən töhfələr nəticəsində isə milli konsepsiyanın, Azərbaycanda təhlükəsizlik sahəsində hüquqi bazanın formalaşdığını bildirib.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbər lenti