Logo

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib

02.06.2023 11:58 206 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən Jurnalistika və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyənlər üçün vəsait çap edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vəsaitdə ixtisasların xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, abituriyentlərin yazacaqları inşaya (esseyə) qoyulan tələblər, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, bir sözlə, bu ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Aşağıdakı istiqamətlər üzrə vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

- Təsviri sənət və memarlıq

- Musiqi sənəti

- Teatr, kino və xoreoqrafiya sənətləri

- Bədən tərbiyəsi və idman

- Jurnalistika, İslamşünaslıq

Vəsaitləri “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xəbər lenti