Logo

Ötən ay 68 nəfərə elmi dərəcə verilib

02.06.2023 16:47 248 baxış
IMG

May ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından "Tehsil.biz"ə bildirilib ki, ötən ay 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib.

May ayı ərzində 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 5 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru adı verilib.

Xəbər lenti