Logo

DİN-in Baş Kadrlar İdarəsinin rəisi BDU tələbələri ilə görüşüb - FOTO

02.06.2023 18:45 206 baxış
IMG

Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Rafiq Abbasov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən rektor Elçin Babayev bildirib ki, BDU-nun əsas missiyalarından biri ölkə üçün yüksəkixtisaslı, peşəkar kadrlar hazırlamaqdır. Məzunların işlə təmin olunma göstəricilərinə görə BDU digər ali məktəblərdən öndədir. Rektor Azərbaycan polisinin ölkədə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin qorunmasında xüsusi xidmətlərini xatırladıb, son illər bu sahədə müsbət dəyişiklikləri qeyd edib. O, belə görüşlərin tələbələrin karyerasında önəmli rola malik olduğunu vurğulayıb.

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Rafiq Abbasov tələbələri DİN-də işə qəbul qaydaları, şərtlər və güzəştlərlə tanış edib. Bildirib ki, hazırda daxili işlər orqanlarında 1400 BDU məzunu çalışır. Onlardan 971 nəfəri hüquqşünasdır. Həmin şəxslərdən 259 nəfəri müxtəlif vəzifələri tutur. Daxili işlər orqanlarında çalışmağın çətin, məsuliyyətli və şərəfli olduğunu qeyd edən general-mayor Rafiq Abbasov kadr seçimində BDU məzunlarına xüsusi önəm verildiyini bildirib.

General-mayor Rafiq Abbasov daha sonra BDU tələbələrinin suallarını cavablandırıb.

Xəbər lenti