Logo

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru konfransda çıxış edib - FOTO

02.06.2023 21:56 277 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və Təlim və tədqiqat xidmətləri üzrə şöbə müdiri Lamiyə Miryaqubova Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev və kitabxana” mövzusunda keçirilən konfransda iştirak edib.

Tehsil.biz xəbər verir ki, konfransda RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli çıxış edərək kitabxana işinin təşkili və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva ulu öndər Heydər Əliyevin kitabxanalara olan diqqət və qayğısından bəhs edib, həmçinin müasir kitabxana konsepsiyasının önəmli olduğunu vurğulayıb. Xəyalə Hacıyeva AzTU-da kitabxana işinin təşkili, bu istiqamətdə həyata keçirilən yeniliklər barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.

Xəbər lenti