Logo

LDU-da yaz imtahan sessiyasına start verilib

03.06.2023 11:42 294 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib.

Bu barədə "Tehsil.biz"ə LDU-dan bildirilib 

Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub.

Xatırladaq ki, LDU-da imtahan sessiyasının təşkili haqqında 17 may 2023-cü il tarixli əmrə əsasən 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2023-cü il tarixindən 04.07.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bаkаlаvriat səviyyələrinin tədris qrupları üçün 10.06.2023-cü il tarixindən 17.06.2023-cü il tarixinədək təşkil olunacaq. İmtаhаnlаrın təşkili və keçirilməsi məqsədilə I saylı və  II saylı tədris binalarında imtahan keçirilən bütün otaqlar kompüter, printer,  internet və lazımi texniki avadanlıqlarla  təmin edilib.

Qeyd edək ki, bu il ilk dəfə olaraq tələbələrin arzu və istəkləri nəzərə alınmaqla yaz imtahan sessiyasında bütün fakültələr üzrə imtahanlar iki növbədə keçirilir. 1-ci növbədə imtahanlar saat 09:00-dan 11.30-dək, 2-ci növbədə isə saat 14:00-dan 16:30-dək təşkil olunacaq. Yaz semestrinin imtahan sessiyasında həmçinin ilk dəfə olaraq imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə edərək imtahana düşən fənlərin gününü və saatını özləri müəyyənləşdirmək imkanı əldə ediblər. Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron bazadan götürmək, eləcə də  də imtahanları  operativ verib  sessiyanı daha tez yekunlaşdırmaq şansı verir. 

İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh  və Apellyasiya komissiyası yaradılıb və imtahan gedən korpuslarda bu məqsədlə ayrıca otaqlar ayrılıb.

Qeyd edək ki, imtahan nəticələri operativ olaraq universitetin rəsmi saytında (www.lsu.edu.az)  yerləşdiriləcək. Tələbələrin nəzərinə çatdırılıb ki, universitetin Elmi kitabxanası tələbələri lazımi ədəbiyyatla təmin etmək məqsədilə sessiya müddətində hər iş günü saat 08.30-dan 17.30-dək fəaliyyət göstərəcək.

Xəbər lenti