Logo

“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək

03.06.2023 12:59 343 baxış
IMG

6-9 iyun 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Konfransda yerli və xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislər, bir sıra dövlət qurumlarının rəsmiləri, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal, AMEA rəhbərliyi, elmi institut və təşkilatların rəhbərləri, ali məktəb rektorları iştirak edəcəklər.

Konfransdan əvvəl iştirakçılar 6 iyun saat 09:00 da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Konfransın açılış mərasimi 6 iyun 2023-cü il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında (Ünvan: Bakı şəh., H.Cavid pr.129) keçiriləcək.

Açılış mərasimində bir sıra rəsmi şəxslər çıxış edəcəklər. Daha sonra konfrans öz işini müvafiq panellər üzrə davam etdirəcək.

Konfrans çərçivəsində, həmçinin ölkəmizə gələn xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislərin Şuşa şəhərinə səfəri də nəzərdə tutulub.

Xəbər lenti