Logo

“Heydər Əliyev və əbədi irsimiz” kitabı çapdan çıxıb

03.06.2023 13:20 281 baxış
IMG

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Sevinc Dadaşovanın “Ön söz” yazaraq tərtib etdiyi “Heydər Əliyev və ədəbi irsimiz” kitabı çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, topluda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına olan diqqət və qayğısını əks etdirən bir-birindən dəyərli məqalələr yer alıb. 1999-cu ildən 2022-ci ilə qədər Azərbaycan mətbuatında və internet saytlarında mövzu ilə əlaqəli respublikanın tanınmış elm, mədəniyyət xadimləri və ziyalıları tərəfindən yayımlanmış məqalələr günümüzün tarixindən keçmişə doğru sıralanaraq bir yerə toplanıb.

Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyev olan yeni nəşrə akademiklər İsa Həbibbəyli və Teymur Kərimli, AMEA-nın müxbir üzvü, tənqidçi, publisist, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və başqa alimlərin Ümummilli Lider Heydər Əliyevin ədəbi irsimizə isti münasibətini, ədiblərimizə qayğı və diqqətini, görkəmli ədəbiyyat xadimlərimizin xatirəsini əbədiləşdirilməsi istiqamətində gördüyü misilsiz işləri, bir sözlə, ədəbiyyatımızın təbliği və inkişafı naminə xidmətlərini əks etdirən və 2023-cü ilədək mətbuatda dərc olunan zəngin informativ bazaya malik yazıları daxil edilib.

Qeyd edək ki, Sevinc Dadaşovanın ideya müəllifi olduğu bu layihə çərçivəsində Heydər Əliyev haqqında yazılmış müxtəlif sahələrə aid məqalələrin də toplanaraq gələcəkdə ayrıca kitab halında nəşri nəzərdə tutulub.

Xəbər lenti