Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Fəridə Zeynalova (müəllim Fəridə Məmmədova) Qazaxıstanın Astana şəhərində onlayn keçirilən "Şans" XXIII Beynəlxalq Müxtəlif Janrlı Festivalda iştirak edib.
Tehsil.biz xəbər verir ki, bu haqda Baş İdarədən bildirilib.
Məlumata görə, festival-müsabiqədə uğurla çıxış edən F.Zeynalova instrumental ifa nominasiyasında 1-ci yerə layiq görülüb və diplomla təltif olunub.