Logo

Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib

03.06.2023 15:19 317 baxış
IMG

İyunun 3-də Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, final mərhələsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə təşkil edilib.

Şagirdlər iyunun 7-dən etibarən https://portal.edu.az/ üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.

Xəbər lenti