Logo

Geologiya və Geofizika İnstitutunda elmlər və fəlsəfə doktorları üçün toplu çap olunub

07.10.2020 16:57 427 baxış

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadənin elmi koordinatorluğu ilə kollektiv əməyin məhsulu olan “2020-2030-cu il­lər üçün geo­lo­gi­ya və geo­fi­zi­ka sa­hələr­in­­də elm­lər dok­tor­la­rı və fəl­sə­fə dok­tor­la­rı­nın ha­zır­lan­ma­sı proq­ram­la­rı üz­rə prioritet təd­qi­qat is­ti­qa­mət­lə­ri və ak­tu­al möv­zu­lar” toplusu Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.

 

Akademik Akif Əlizadə bə­şə­riy­yə­tin bü­tün fəa­liy­yət sa­hə­lə­ri­ni əha­tə et­miş qlo­bal­laş­manın in­san re­surs­la­rı, ka­pi­tal və ye­ni tex­no­lo­gi­ya­la­rın möh­tə­şəm in­teq­ra­si­ya­sı­na gə­ti­rib çı­xa­rdığını, bu ba­xım­dan geo­lo­ji-geo­fi­zi­ki elm­lərin ye­ni is­ti­qa­mət­lə­ri­nin mü­əy­yən­ləş­dirilməsinin in­qi­la­bi də­yi­şikliklərə təkan ve­əcəyini söyləyib.

 

“Ümu­miy­yət­lə, son onil­lik­lər­də elm­də kon­ver­gent­lik ide­ya­sı, baş­qa söz­lə, el­mi fən­lə­rin və tex­no­lo­gi­ya­la­rın ya­xın­laş­ma­sı, şüb­hə­siz, on­la­rın qar­şı­lıq­lı tət­bi­qi fun­da­men­tal və praktiki el­mi təd­qi­qat­la­rın prio­ri­tet in­ki­şa­fın­dan iba­rət­dir. Bu as­pek­tdə Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tu­nun qar­şı­sın­da ol­duq­ca mü­hüm və­zi­fə - fən­lə­ra­ra­sı el­mi mə­kan­da səmt­lə­şə bi­lən ba­ca­rıq­lı gənc mü­tə­xəs­sis­lə­rin ye­tiş­di­ril­mə­si du­rur. Bu mürəkkəb problemin həlli yalnız müasir elmi baza və dövlətimizi inkişaf etmiş dünya səviyyəsində təmsil edə biləcək, qloballaşma prosesində Azərbaycanın aktiv iştirakına yardım göstərəcək müvafiq elmi məktəb­lərin yaradılması ilə reallaşa bilər”, - deyə A.Əlizadə bildirib.

 

Akademik gənc alim­lə­rə təd­qi­qat iş­lə­rin­də ak­tiv və məh­sul­dar fəa­liy­yət üçün geniş im­kan­ların ya­ra­dıl­masının zəruriliyini vurğulayıb: “Məhz bu məq­səd­lə 2020-2030-cu il­lərdə  ins­ti­tu­tumuzun nəzdində dok­to­ran­tu­ra və dis­ser­tan­tu­ra­ya da­xil ol­ma­ğı ar­zulayanlar  üçün elmlər və fəlsəfə doktoru proqramları üzrə dis­ser­ta­si­ya möv­zu­la­rı qis­min­də ak­tu­al el­mi-təd­qi­qat iş­lə­ri­nin si­ya­hı­sını ha­zır­la­mışıq"

Xəbər lenti