Logo

Arif Alimin "Tülək" romanının təqdimatı olub - FOTO

03.06.2023 21:59 576 baxış
IMG

İyunun 3-də yazar, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədovun (Arif Alim) "Tülək" romanının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimat Kitabevim.az mərkəzində baş tutub.

Təqdimatda tanınmış simalar, yazıçılar, alimlər, müəllimlər, gənclər iştirak edib.

"Tülək" romanı həyat məngənəsində ümidsizcəsinə çapalayan, problemlər labirintində ilişib qalan, yalnız bu günün ümidi ilə yaşayan insanların taleyini bir yeniyetmənin xatirələrinə əsaslanaraq əks etdirir. Əsərdə l Qarabağ müharibəsi zamanı arxa cəbhədə yaşayan insanların həyatı, müharibənin ağrı-acılarının buraxdığı izlər, döyüşçülərin aqibəti də təsvir edilib. 

Əsərdə Sovet İmperiyasının dağılması, bu ərəfədə sadə insanların düşüncələri, proseslərə münasibəti, Azərbaycanın müstəqilliyinin ilk illərinin şüurlarda buraxdığı izlər təsvir edilib.

Xəbər lenti