Logo

BMU-da imtahan sessiyasının başlaması ilə bağlı genişləndirilmiş iclas keçirilib - FOTO

04.06.2023 11:47 236 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar genişləndirilmiş iclas keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Tədbirdə BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov, fakültənin dekanı Mayis Əzizov, dekan müavinləri Xanlar Heydərov, Elsevər İbadov çıxış ediblər. 

Çıxışlarda semestr ərzində görülən işlər, o cümlədən yaz imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün müvafiq şəraitin yaradılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və s. məsələlərə toxunulub. Həmçinin qərargah və apellyasiya komissiyasına müraciət qaydaları  və digər müvafiq təlimatlar əməkdaşların diqqətinə çatdırılıb.

Xəbər lenti