Logo

BMU-nun magistratura səviyyəsi və MBA proqramına yeni ixtisas və ixtisaslaşmalar daxil edilib

04.06.2023 13:53 377 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA (Biznesin idarə edilməsi) proqramı üzrə tələbə qəbulu planı təsdiqlənib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ali təhsil ocağının magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə ayrılan 181 yerdən 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşür.

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 160 yer planlaşdırılıb. Proqram üzrə 140 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb. Ümumilikdə BMU-nun magistratura səviyyəsinə 341 tələbə qəbulu nəzərdə tutulub.

Yeni tədris ilinin qəbul planına magistratura səviyyəsi və MBA üzrə bir sıra yeni ixtisas və ixtisaslaşmalar da əlavə olunub. Belə ki, cari tədris ilindən Dizayn, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarına, Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.

MBA proqramı üzrə yeni ixtisaslaşmalara gəlincə, Biznesin idarə edilməsi ixtisasına 7 ixtisaslaşma əlavə edilib. Bu sırada Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimaiyyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrinin idarə edilməsi kimi ixtisaslaşmalar yer alır.

Xəbər lenti