Logo

BANM-in dosenti Avstraliyada keçiriləcək beynəlxalq konfransa qatılacaq

04.06.2023 14:23 237 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Kəmalə Oğuz Avstraliyanın Sidney şəhərində keçiriləcək “Maşın öyrənməsi və tətbiqləri”üzrə 5-ci Beynəlxalq konfransa (CMLA 2023) qatılacaq.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, o, bu nüfuzlu konfransda Proqram komitəsinin üzvü olaraq iştirak edəcək.

İyunun 17-18-də təşkil olunacaq beynəlxalq konfransın proqram komitəsində ABŞ, İngiltərə, Kanada, Yaponiya, Türkiyə, İtaliya, Portuqaliya, Hindistan və s. olmaqla 32 ölkədən 86 nümayəndə təmsil olunur. Proqram komitəsi üzvlərinin əsas vəzifəsi konfransa təqdim olunan məqalələri təhlil etmək, onların elmi, tərtibat və konfransın tələblərinə uyğunluğunu qiymətləndirməkdir.

CMLA 2023 - Maşın öyrənməsi və tətbiqləri üzrə nəzəriyyə, metodologiya və tətbiqlərdə bilik və nəticələrin mübadiləsi üçün beynəlxalq forumdur. Konfransın məqsədi həm akademik, həm də sənayedən olan tədqiqatçılara və təcrübəçilərə bu sahədə qabaqcıl inkişafı bölüşmək üçün platforma təmin etməkdir.

Xəbər lenti