Logo

AzTU-nun şəhid məzunlarının doğum günüdür

04.06.2023 15:41 215 baxış
IMG

4 iyun Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları Rauf Əliyev və Raul Piriyevin doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Rauf Əliyev AzTU-nun informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını bitirib. O, 2020-ci il 22 oktyabrda Hadrut döyüşləri (Ərgünəş kəndi) zamanı şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Raul Piriyev AzTU-nun dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirib. O, 2020-ci il 13 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Raul Piriyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” medalları ilə təltif olunub. 

Xəbər lenti