Günümüzdə Koreya həvəskarlarının sayı artmaqda və bu ölkənin özünəməxsus cəhətləri isə insanlarda maraq doğurmaqdadır. Bəs onlar Koreyanın ayrılmasını və bu iki ölkə arasındakı fərqlilikləri bilirlərmi?
1905-ci ilə qədər tək bir ölkə olaraq mövcud olan Koreya İkinci Dünya Müharibəsindən sonra ABŞ və SSRİ tərəfindən işğal edilmişdir və müttəfiqlər Koreyanı Şimali və Cənubi olaraq ikiyə ayırmışdılar. Koreya müharibəsi isə 25 iyun 1950-ci ildə başlandı. Müharibə Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə başlanmışdı. 27 iyul 1953-cü ildə müharibə hər iki tərəfdə sona çatmışdır. Şimali Koreya əsgər və silah baxımından Cənubi Koreyadan daha çox inkişaf etdiyi üçün Cənubi Koreya öncə geri çəkildi. Müharibənin səbəbi isə hər iki tərəfin daha çox torpaq sahibi olmaq istəyidir. 70 ilə yaxın müddətdir ki, müharibə bitmiş olsa da, iki ölkə arasındakı gərginlik hələ də davam etməkdədir. Təbii ki,illərdir davam edən bu düşmənlik iki ölkə arasında bir sıra fərqliliklər yaratmışdı. Onlardan bir neçəsi ilə tanış olaq:
Şimali Koreya da qadınların əsgər getməyi məcburidir və bu müddət 7 il davam edir.Cənubi Koreyada isə bu vəziyyət könüllüdür.
Statistakaya görə Cənubi Koreyalılar Şimali Koreyalılardan həm çəki,həm də boy (təxminən 3-8 sm arası) baxımdan daha artıq inkişaf etməkdədir.Səbəbi isə Cənubi Koreyada iqtisadiyyat güclü inkişaf edərək daha zəngin ölkəyə çevrilmişdir.Şimali Koreya isə nisbətən kasıb ölkə sayılır.
Həmçinin Şimali qadınlar makyaj vasitələri tapmaqda çətinlik çəkir, günümüzün modası,geyimi ilə ayaqlaşa bilmirlər. Lakin cənublular avropa sistemi ilə bərabər inkişaf etmişlər.
Şimali Koreya da nə xalq ölkədən kənara çıxa bilər,nə də başqa ölkədən insan gələ bilər.Cənubi Koreya da isə həm öz insanları vizasız gedə bilər,həm də digər ölkə vətəndaşlarına viza verə bilər.
Bir sözlə, Şimali Koreya kommunist rejim ilə idarə edilir,Cənubi Koreya isə Respublika olsa da, əslində, kapitalizmdir.Bu rejim insanların üzərində də təsir yaratmaqdadır.Cənubi koreyalılar istiqanlı və xoşgörünüşlü olduğu halda,Şimali koreyalılar ciddi və soyuqqanlıdılar.
Səlimə Abdurəhimova