Logo

Sabahdan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

05.06.2023 09:50 212 baxış
IMG

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbər lenti