Logo

BANM ilə Daşkənd Kimya-Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

05.06.2023 10:45 189 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun prorektoru Ənvər Şernayevlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Görüşdə rektor BANM haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi qısa müddətdə ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib, son iki ildə Prezident təqaüdçülərinin sayına görə rekorda imza atıb. Burada tədrisin istehsalatla sıx əlaqədə həyata keçirildiyini vurğulayan Elmar Qasımov ali məktəbdə yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurlarından bəhs edib.

Özbəkistanlı prorektor təmsil etdiyi institut barədə məlumat verib və bildirib ki, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda maraqlıdırlar. O, xüsusilə Daşkənd Kimya-Texnologiya İnstitutunda Neft-qaz fakültəsinin yaradılmasında BANM-in təcrübəsindən faydalanmaq niyyətində olduqlarını qeyd edib.

Görüşdə, həmçinin mübadilə proqramları çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsi, perspektiv əməkdaşlıq imkanları barədə geniş müzakirə aparılıb.

Xəbər lenti