May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 562 müraciət daxil olub.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 052 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 526 vətəndaş müraciət daxil olub.
BŞTİ-yə 1 312 sənəd (vətəndaşlar tərəfindən 352 ərizə, Elm və Təhsil Nazirliyindən 229, digər qurumlardan 229, məktəblərdən 312 məktub və 190 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 672 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması və digər məsələləri əhatə edib.