Logo

“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib

05.06.2023 14:23 302 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Təlim zamanı DİM-in Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova tərəfindən iştirakçılar dövlət qulluğunun əsas vəzifələri və prinsipləri, dövlət qulluğunun idarəedilməsi, dövlət qulluqçularının mükafatlandırılması və intizam məsiliyyəti, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.

Təlimlərə elektron qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://exidmet.dim.gov.az/elimt/telim/

Xəbər lenti