Logo

“Çiyələk qoxusu” kitabı işıq üzü görüb

05.06.2023 21:40 223 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi informasiya və tərcümə şöbəsinin baş mütəxəssisi Zərifə Qasımovanın şeirlər kitabı çap olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, “Çiyələk qoxusu” adlı kitabda əsasən müəllifin lirik şeirləri yer alıb. “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Müxtəlif mövzularda şeirləri əhatə edən kitabda vətənpərvərlik mövzusu üstünlük təşkil edir. Kitabda toplanan şeirlər rus dilində yazılıb. 60 səhifəlik kitab müəllifin ilk bədii kitabıdır.

Xəbər lenti