Logo

Azərbaycan ABŞ-nin Roli şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub - FOTO

06.06.2023 11:10 292 baxış
IMG

ABŞ-nin Şimali Karolina ştatının paytaxtı Roli (Raleigh) şəhərində keçirilmiş “Beynəlxalq Yemək Festival”ında ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Təşkilatın sədri Adika İqbalın rəhbərliyi ilə təşkil olunmuş Azərbaycan pavilyonunda xalqımızın zəngin mədəniyyətini və milli mətbəxini əks etdirən milli suvenirlər və nümunələr nümayiş etdirilib.

Adika İqbal bildirib ki, festivalı 80 min insan ziyarət edib. “Yerli sakinlərin Azərbaycan pavilyonuna marağı çox böyük olub. Gün ərzində Azərbaycan pavilyonunun qarşısında uzun növbə yaranıb. Biz Azərbaycan təamları ilə maraqlanan və onu sevən hər bir amerikalıya minnətdarıq”, - deyə təşkilat sədri vurğulayıb.

Festival çərçivəsində Azərbaycan Dostluq Təşkilatının nəzdindəki “Can Azərbaycan” rəqs qrupu milli rəqslərimizi təqdim edib.

Xəbər lenti