Logo

"AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb"

06.06.2023 12:01 312 baxış
IMG

“Bir millət, iki dövlət” prinsipini əsas götürərək birgə işlərimizi bundan sonra da ən yüksək səviyyədə davam etdirəcəyik".

Tehsil.biz xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII Beynəlxalq konfransında çıxışı zamanı deyib.

AMEA rəhbəri bildirib ki, TÜBİTAK-ın başda Türkiyə olmaqla, Türk dünyasında və eləcə də dünyada elmin inkişafında mühüm rolu var və akademiyanın mövcud strukturu çərçivəsində qurumlarımız arasında yeni sahələrdə əməkdaşlıq imkanları meydana çıxır:

"Son aylarda akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb, keçmiş SSRİ Elmlər Akademiyaları arasında ilk dəfə məhz AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradılıb. Bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanmaqda və gələcək əməkdaşlıqda maraqlıyıq. İlk növbədə TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi ULAKBİM-in Dərgi Park elektron baza reyestrindən istifadə, AMEA-nın elmi jurnallarının da həmin bazaya daxil edilməsində və digər elektron layihələrdə iştirakda maraqlıyıq".

Kənan Nağıbəyli

Xəbər lenti