Logo

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı açıqlama - DİQQƏT

06.06.2023 12:52 3962 baxış
IMG

"Cari ildə müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə baş tutacaq".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, prosesə 8 500 müəllimin qoşulması gözlənilir:

"Müəllimlərin sertifikatlaşdırılması 2022-ci ildə 10 şəhər üzrə 15 mərkəzdə 5 500 müəllimi, 2021-ci ildə isə 12 şəhər üzrə 13 mərkəzdə 1 500 müəllimi əhatə edib".

Kənan Nağıbəyli

Xəbər lenti