Logo

BMU əməkdaşlarının tədqiqat işləri İtaliyada tədqim olunub - FOTO

06.06.2023 15:28 258 baxış
IMG

Bakı Mühəndislik Universitetinın (BMU) əməkdaşlarının (Pərviz Həsənov, Yusif Abdullayev, Məmməd Hüseynov, Etibar Qəhrəmanov, Xəzər Nəcimbəyli) “Azərbaycanda ekoloji fövqəladə hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA) layihəsi” əsasında İtaliyanın Roma Sapienza Universitetinə səfəri başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Səfərin ilk günündə BMU-nun layihə əsasında apardığı iki tədqiqat işinin (Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların bioremediasiyası və Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların morfogenetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və rekultivasiyası üsulları) təqdimatı keçirilib. BMU-nun baş müəllimi Məmməd Hüseynov Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların bioremediasiyası, Bibiheybət ərazisindən götürülmüş neftlə çirklənmiş torpaq nümunələrinin laborator analizləri, istifadə edilən avadanlıqlar, əldə olunan nəticələr haqda məlumat verib, eyni zamanda məlumatlar “ArcMap” proqram təminatında vizual nümayiş etdirilib.

BMU-nun Kimya Mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev isə Abşeron yarımadasında neftlə çirklənmiş toraqların morfogenetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və rekultivasiyası üsulları, Abşeron yarımadasının müxtəlif yerlərindən götürülmüş torpaqların Təlim Mərkəzində qurulmuş avadanlıqlarla analizi, əldə olunan nəticələr əsasında həmin ərazilərin rekultivasiyası üsulları haqqında danışıb. O, həmçinin layihə haqqında məlumatların yayılması və maraqlı tərəflərin layihədə aktiv iştirakının təmin olunması yolları barədə təkliflər səsləndirib.

Səfər çərçivəsində İTACA layihəsinin keyfiyyət qiymətləndirilməsi və maliyyə hesabatları, yeni layihələrin hazırlanması və icrası üçün potensial imkanlar, gələcək fəaliyyət, cari ilin sentyabr ayında layihə çərçivəsində Bakıda keçiriləcək konfrans müzakirə edilib, bir sıra qərarlar qəbul olunub.

Xəbər lenti