Logo

Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxub

06.06.2023 16:33 2397 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 865 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 550 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 38 nəfərdir.

Ölkədə son sutka ərzində 1 185, hazırkı dövrədək isə 7 627 857 test aparılıb.

Xəbər lenti