Logo

Əsərlərini yandıran rəssam - FOTO

06.06.2023 17:18 706 baxış
IMG

XX əsrin tanınmış rəssamlarından olan və adını qızıl hərflərlə tarixə yazdıran sənətkarlardan biri də Pablo Pikassodur. O, rəssamlığa kiçik yaşlarından böyük maraqla addım ataraq tarixə öz damğasını vurmuşdur.

25 oktyabr 1881-ci ildə İspaniyanın cənubunda dünyaya göz açan rəssam,sənətə olan qabiliyyəti ilə hər kəsin diqqətini çəkmişdir. Kasıb ailədə göz açan Pablo Pikasso soyuqdan donmamaq,evi isitmək  üçün odun əvəzinə öz rəsm əsərlərini yandırmışdı. Açıqlamasında isə “Bütün bunları çarəsizlikdən etdim” demişdir.Rəssamın tam adı çox uzundur,əsl soyadı isə Pablo Ruizdir.Lakin o anasının İtalyan soyadını almışdır.Səbəbini isə belə bildirmişdi:

“Pikasso Ruizdən daha qeyri-adi bir soyad idi . Məni bu ada nə cəlb etdi bilirsinizmi? Təbii ki, İspaniyada adət etmədiyimiz qoşa “s”lər. Bilirsiniz ki, Pikasso italyan mənşəli bir sözdür. İnsanın daşıdığı və ya mənimsədiyi ad onun dəyərini artırır. Soyadımın Ruiz olduğunu təsəvvür edə bilərsinizmi? Pablo Ruiz?”

O, bu peşənin sirlərini rəssam olan atasından 7 yaşlarında ikən öyrənməyə başlamışdır.İlk əsəri “Picador”u tamamladıqdan sonra Barselonanın incəsənət məktəbinə daxil olur. Pikassonun ən qiymətli əsərləridən olan “Möcüzələr ili” olaraq tanınan 1932-ci ildə yaratdığı əsəridir. Bu əsərlər nadir satışlarda qiymət rekordları qırmaqla yadda qalıb. Bu tarixdə başlayan “Yetkinlik dövrü” əsərlərindəki dəyişikliklərdə öz əksini tapmışdır. Onun ən böyük rəsm əsəri “Guernica” həm də dünyanın ən təsirli müharibə əleyhinə əsərlərindən biri hesab olunur. Əsər 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı bombalanan Guernika şəhərində yaşanan vəhşilikləri simvolizə edir. Bu əsər yalnız ağ-qara rənglərdə kətan üzərinə çəkilmiş yağlı boya tablosudur.

Guernika — İspaniyada şəhərdir. Franko nasist və italyan qüvvələrinə Guernika üzərində yeni təyyarələrini sınaqdan keçirməyə icazə verir və bombardman başlamışdı. Şəhər ciddi bir müharibə başlamışdı. Görünməmiş şiddətli bombardmanlar Guernikanı məhv edir. Doğma şəhərində baş verən hadisələri öyrənəndə təsirlənən Pablo Pikasso “Guernica” tablosu ilə hisslərini əks etdirir.

Pikassonun digər tanınmış "Mavi dövr" adlanan əsərlərində isə kədər var. Həmin vaxt maddi sıxıntı yaşayan rəssam kətan əvəzinə kartondan istifadə edib. Daha sonra kətan alanda rəsmlərini yenidən rəngləmişdi. Pablo Pikassonun mavi dövrdəki ən təsirli əsərlərindən biri də “Qoca gitaraçı” adlı əsəridir. Şəkildə yaşlı bir kişi sol əli ilə tutduğu gitara çalır. Qoca gitaraçının saçları ağ və qısa, əlləri isə zəif və sümüklüdür. Fonda isə mavi çalarları əks etdirmişdi. Pikassonu rəssamlıqla yanaşı onu kubizm cərəyanının banisi kimidə tanıyırlar . Xüsusilə onun sintetik kubizm kimi tanınan ikinci forması Qərb sənət dünyasının inkişafında böyük rol oynamışdır. Bu səviyyədə işləmək formaların və qrafiklərin əlaqəsini vurğulayırdı. Rəng obyektlərinin formasında çox vacib sayılırdı, çünki bu yolla onlar daha böyük və gözəl ola bilirdilər.

Əsərləri ilə sənətə yeni baxış forması yaradan sənətkar 1973-cü ildə Fransada vəfat etmişdir.Sənətçinin tabloları hələ də arzu olunan rəsm əsərləri siyahısında yer alır.

Səlimə Abdurəhimova

Xəbər lenti