Logo

"Bu cür hallar baş verdikdə ən çox əziyyət çəkən şagirdlər olur"

06.06.2023 18:05 201 baxış
IMG

“Müəllimlərin işə qəbulu müsabiqəsinin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi bizim manevr imkanlarımıza mane olur. Nəticədə nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, bu cür hallar şagirdlərə ziyan verir:

"Bu cür hallar baş verdikdə ən çox əziyyət çəkən şagirdlər olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edirlər”.

Kənan Nağıbəyli

Xəbər lenti