Logo

BDU-da TÜBİTAK-ın prezidenti Hasan Mandalla görüş olub - FOTO

06.06.2023 18:56 163 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının prezidenti Hasan Mandalla görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qonağı BDU-da görməyin qürurverici olduğunu bildirən rektor Elçin Babayev qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı “bir millət-iki dövlət-tək yumruq” formulu ilə daha da möhkəmlənir. Hər iki ölkə bu birliyi elm-təhsil sahəsində də uğurla davam etdirir. Rektor Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə TÜBİTAK arasında elm, texnologiya sahələrində əməkdaşlığa dair niyyət məktubunun imzalanmasının önəmini vurğulayıb. Bildirib ki, TÜBİTAK-la əməkdaşlıq BDU-nun beynəlxalq layihələrdə iştirak səviyyəsini qaldıracaq. TÜBİTAK tərəfindən 20 prioritet istiqamət üzrə böyük layihələr həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həmin layihələrdə Azərbaycanın ali məktəbləri, o cümlədən BDU-nun da iştirakı nəzərdə tutulur.

TÜBİTAK-ın prezidenti Hasan Mandal isə elm və təhsilin inkişafında ölkələrarası əməkdaşlığın böyük rola malik olduğunu, bu layihədən hər iki ölkənin faydalanacağını qeyd edib. O, iştirakçılara TÜBİTAK-ın həyata keçirəcəyi layihə və istiqamətlər barədə ətraflı məlumat verib.

Xəbər lenti