Logo

Cari tədris ili üzrə təhsil krediti müraciətləri başa çatır

06.06.2023 19:29 157 baxış
IMG

Yaz sessiyasında təhsil krediti almaq istəyən tələbələrin müraciətləri iyunun 15-dək qəbul olunur.

Bu barədə "Tehsil.biz"ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul edilir.

Qeydiyyat yekunlaşdıqdan sonra belə müraciətlərin emalı davam edəcək.

Xəbər lenti