Logo

Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib - FOTO

06.06.2023 21:53 292 baxış
IMG

Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyi (TDT) və Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının dəstəyi ilə Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, türk dövlətlərinin əlifbalarının uyğunlaşdırılması qardaş ölkələr arasında əməkdaşlığı artıracaq mühüm amillərdən biri hesab olunur. 2021-ci ildə TDT Dövlət Başçılarının 8-ci Zirvə Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində TDT-yə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün əlifba və terminologiyada birliyə nail olunmasının hədəfləndiyi bildirilir. Lakin Türkiyə Akademiyasının yaradılması ilə bağlı müqavilədə ortaq əlifbanın hazırlanmasının Akademiyanın məqsədlərindən biri olduğu qeyd olunur.

Xəbər lenti