Logo

ADPU-da yay imtahan sessiyası başlayıb

06.06.2023 22:58 329 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yay imtahan sessiyası başlayıb.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, imtahanlarda ümumilikdə 8255 tələbə və magistrant iştirak edəcək.

İmtahanlarla bağlı yarana biləcək müraciətlərin operativ qaydada araşdırılması və cavablandırılması məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı yay imtahan sessiyası bitənə qədər fəaliyyət göstərəcək. Prosesin şəffaflığının təmin edilməsi üçün tələbələrdən ibarət monitorinq qrupu müntəzəm olaraq imtahanların gedişini izləyir. Bundan əlavə, media, valideynlər və ictimaiyyət nümayəndələri də prosesi izləyə bilərlər.

Pedaqoji Universitetdə bakalavriat səviyyəsində buraxılış yekun dövlət attestasiyalarının iyunun 19-30-da, magistratura səviyyəsində isə yekun attestasiyaların iyunun 12-30-da keçirilməsi planlaşdırılır.

Xəbər lenti