Logo

“ТРКИ - beynəlxalq rus dili imtahanı”na dair seminara qeydiyyat elan olunur

11.03.2021 17:09 690 baxış
IMG

Seminarın məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ТРКИ imtahanları barədə ictimaiyyəti məlumatlandırmaq və imtahanla maraqlanan şəxslərin suallarını cavablandırmaqdır. Seminarın spikerləri: SPDU-nun Test Mərkəzinin müdiri Dmitriy Ptuşkin və rus dili üzrə mütəxəssis İrina İlyiçovadır.

 

Seminar onlayn platforma (Zoom) üzərindən rus dilində keçiriləcək. Tədbirdə aşağıdakı şəxslər iştirak edə bilərlər:

 

  • Rus dilini tədris edən müəllimlər;
  • Rus dilini öyrənməyə marağı olan tələbələr;
  • Rus dilini öyrənən və biliklərini qiymətləndirmək istəyənlər;
  • Rusiya universitetlərinə daxil olmaq arzusunda olanlar;
  • Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyənlər.

 

Seminarda iştirak etmək istəyən şəxslər mart ayının 26-dək verilmiş onlayn formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Tədbirin Zoom linki 29 mart tarixində iştirakçılara elektron poçt vasitəsilə göndəriləcək.

 

 ТРКИ ((Rus dili xarici dil kimi) imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xəbər lenti