Logo

690 bal toplayan Mikayılın müəllimi: "Bütün tapşırıqları dəqiq yerinə yetirirdi" - FOTO

07.06.2023 12:38 1206 baxış
IMG

Xəbər verdiyimiz kimi, Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu II ixtisas qrupu üzrə mayın 21-də keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticəni göstərib. Belə ki, həmin məktəbin məzunu Mikayıl Cəfərli bu imtahanda 394.0 bal toplayıb. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

Tehsil.biz Mikayıl Cəfərliyə SAT və IELTS dərslərini tədris edən müəllim Bayram Əliyevlə həmsöhbət olub.

B.Əliyev Mikayılın çox bacarıqlı olduğunu bildirib:

"Mikayıl sözün əsl mənasında fitri istedaddır. Bunu onunla birgə mənim dərslərimdə iştirak edən başqa tələbələr də təsdiq edə bilər. Dəqiq uşaq idi, verilən bütün tapşırıqları dəqiq yerinə yetirirdi. Çox qısa zamanda onunla ümumi ingilis dili, SAT və IELTS dərslərini keçdik. Hansı ki, bir tələbənin 9 ay müddətinə SAT-dan 1540, IELTS-dən 7.5 bal alması imkansızdır. Bu isə adi bir kənd məktəbinin şagirdi idi".


Bayram Əliyev

Müəllimi Mikayılın gələcəkdə böyük uğurlar qazanacağına inandığını deyib:

"Mən inanıram ki, Mikayıl gələcəkdə çox ciddi nailiyyətlər əldə edə biləcək bir şagirdidir. Söz olsun deyə demirəm, həqiqi istedad və disiplininə görə deyirəm".

Mərcanə Əsədova

Həmçinin oxuyun: 690 bal toplayan Mikayıl ABŞ-nin 5 universitetindən qəbul alıb

Xəbər lenti