İyunun 7-də UFAZ rəhbərliyi Paşa Holdinqdə olub və şirkət rəhbərliyi ilə görüşüb.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, baş direktorun müavini və Biznes Qrupunun direktoru Fərid Məmmədovla görüşdə UFAZ komandası UFAZ-ı Fransa və Azərbaycan arasında hökumətlərarası layihə kimi təqdim edib.
Tərəflər gələcək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. Əməkdaşlıq planı çərçivəsində hər iki tərəf “Challenge the Executive” tədbirlər silsiləsi çərçivəsində işləmək, UFAZ tələbə kontingentini Pasha Holding İnnovasiya Komandası ilə əlaqələndirmək və Kapital Bank komandası ilə həm Holdinqin, həm də UFAZ-ın tədqiqat və inkişaf sahələri üzrə daha güclü əlaqələr qurmaq barədə razılığa gəliblər.
Tərəflər həmçinin UFAZ fondunun fəaliyyətinin inkişafı üzrə mümkün tədbirləri da müzakirə ediblər.


